Tbilisidə keçirilən həvəskar MMA üzrə dünya çempionatında tarixi rekord qeydə alınıb. Anqolalı Pedru Nkutsı erməni idmançını cəmi beş saniyəyə nokaut edib. Tacikistanlı idmançı da parlaq vaxtından əvvəl qələbə qazanıb.
IMMAF dünya çempionatlarının yeni rekordunu qurmaq üçün anqolalı Pedru Nkutsıya cəmi beş saniyə lazım oldu!
Tbilisidə keçirilən həvəskar MMA üzrə dünya çempionatında anqolalı idmançı erməni Artur Asoyanla qarşılaşıb.
Ən yüngül çəki dərəcəsində görüş başlanğıc siqnalından dərhal sonra başa çatıb.
Nkutsı sağ əli ilə dəqiq düz zərbə endirərək rəqibini beş saniyəyə nokaut edib.
Beynəlxalq Qarışıq Döyüş Sənətləri Federasiyasının məlumatına görə, bu IMMAF yarışlarının tarixində ən sürətli nokautdur.
Lakin rekord bitiş ikinci yarış gününün yeganə parlaq hadisəsi olmayıb.
Tacikistanlı Osimi Begmurodzoda da vaxtından əvvəl qələbə qazanıb, İtaliyalı Mattia Meini gənclər arasında görüşün birinci raundunda nokaut edib.
Dünya çempionatında Rusiya və digər MDB ölkələrindən idmançılar çıxışlarını davam etdirirlər.
5 noyabr yarımfinal görüşləri keçirilir, 6 və 7 noyabrda isə gənclər və böyüklər arasında dünya çempionları müəyyənləşəcək.