Xamzat Çimayev RAF-in yarım ağır çəki dərəcəsində çempion kəmərini ilk dəfə qoruyacaq. Onun rəqibi 47 yaşlı Raşad Evans – keçmiş UFC çempionu və təşkilatın Şöhrət Zalının üzvü olacaq.
Xamzat Çimayev Abu Dabidə Kris Vaydmanı məğlub etdikdən sonra növbəti rəqibini artıq müəyyənləşdirib.
18 noyabrda Real American Freestyle güləş liqası Çimayevin əfsanəvi Raşad Evansla görüşünü rəsmən elan edib.
Görüş 19 dekabrda ABŞ-ın Nyu-York ştatının Uniondale şəhərində keçiriləcək RAF 16 turnirində baş tutacaq və yarış proqramına başçılıq edəcək.
Turnirdə RAF-in qarışıq döyüş növləri üzrə yarım ağır çəki dərəcəsində çempion kəməri uğrunda mübarizə aparılacaq.
Çimayev 14 noyabrda Abu Dabidə keçmiş UFC çempionu Kris Vaydmanı texniki üstünlüklə vaxtından əvvəl məğlub edərək titulu qazanıb.
İndi Xamzata UFC çempion kəmərinin daha bir keçmiş sahibi ilə qarşılaşmaq qalır.
47 yaşlı Raşad Evans öz nəslinin ən tanınmış ağır və yarım ağır çəkililərindən biri sayılır. 2008-ci ildə Forrest Qriffini məğlub edərək UFC titulunu qazanıb, çıxış illəri ərzində Con Cons, Çak Liddell, Rampage Cekson və digər MMA ulduzları ilə qarşılaşıb.
Evans 2018-ci ildə UFC-də karyerasını başa vurub, lakin 2022-ci ildə qısa müddətə Eagle FC-də çıxışlara qayıdıb və Gabriel Çekkonu məğlub edib.
Çimayevlə görüş onun RAF-dakı debütü olacaq.
Təşkilat fəaliyyətdə olan MMA ulduzlarının keçmiş əfsanələrlə görüşlərinə diqqət yetirməkdə davam edir. Dekabr turnirinə Merab Dvalişvili, Saba Lazişvili və digər tanınmış idmançılar da qeydə alınıb.